Вернуться назад Распечатать

“Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?”

“Əliyevin sülhü” deyirlər (müxalifəti nəzərdə tutur - red.). Gəlin sülhün necə qurulduğuna nəzər salaq. Sülh müqaviləsi imzalanmalıdır, onu kim imzalayacaq? İndi böyük bir sürpriz, milli rüsvayçılıq, sui-qəsd ifşası edəcəyəm - sülhə imza atan Əliyev olacaq, dostlar.

1xeber.media  xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə müxalifətin suallarını cavablandırarkən deyib.

“Başqa sözlə, mən və Əliyev imzaladığımız zaman həmin sülh 50% Paşinyanın, 50% isə Əliyevindir. 

Mən Braziliyanın çox hörmətli Prezidenti cənab Lula da Silvadan gedib həmin sənədi imzalamasını xahiş edə bilərəm: bir tərəfdə mənim, digər tərəfdə onun imzası olacaq. Amma bu, (Azərbaycanla - red.) sülh olmayacaq. Başa düşmürəm, bu maniyadan nə vaxt çıxacağıq? 1870-ci illərdən başlayaraq bizi idarə etmək istəyən qüvvələr şüurumuzun qaralmasını istəyəndə deyirdilər: Türk, türk, türk və budur, bütün şüurlu sistem qarışıb.

Başqa sözlə, siz indi parlament çoxluğu olaraq mənə gedib Əliyevlə sülh müqaviləsini imzalamağa icazə vermirsiniz. Əgər icazə verməsəniz, sülhün bərqərar olmasının başqa yolunu bilmirəm. Mən Əliyevlə bir sənəd imzalamalıyam, mən artıq birini imzalamışam, buna görə də sülh var. Mən Əliyevlə Vaşinqton Bəyannaməsini imzaladım, sülhün dönməz olması üçün daha birini imzalamalıyam”, - deyə Paşinyan bildirib./Axar.az