1xeber.media-nın məlumatına görə, “Alyans” Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli polis tərəfindən saxlanılıb.
İlkin məlumata əsasən, ona qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürüldüyü bildirilir. Onun məhkəməyə çıxarılacağı gözlənilir.
Vəkillər Kollegiyası son hadisələrlə bağlı açıqlamasında məlumatların yayılması zamanı hüquqi və etik prinsiplərə, xüsusilə təqsirsizlik prezumpsiyasına riayət edilməsinin vacibliyini vurğulayıb.