Вернуться назад Распечатать

Putin Trampa ingilis dilində təşəkkür edib: Liderlərin görüşü başa çatıb

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilən görüş başa çatıb.

1xeber.media xəbər verir ki, iki lider arasında danışıqlar təxminən bir saat davam edib.

Görüş zamanı Putin amerikalı həmkarı ilə bir araya gəlməkdən məmnun olduğunu bildirib və Trampa ingilis dilində təşəkkür edib.

Qeyd olunur ki, danışıqların yekununda liderlər media nümayəndələri qarşısında birgə bəyanatla çıxış etməyiblər. Görüşün konkret nəticələri barədə də ətraflı məlumat açıqlanmayıb.

Bundan əlavə, noyabrın 19-da Vladimir Putin, Donald Tramp və Çin Sədri Si Cinpin arasında üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır. Görüşün yerli vaxtla saat 14:30-da (Moskva vaxtı ilə 09:30) Kylin Villa hotel kompleksində baş tutacağı gözlənilir.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Vladimir Putinlə münasibətlərinin çox yaxşı olduğunu bildirmiş və görüşün nəticəsində müsbət razılaşmaların əldə oluna biləcəyini söyləmişdi.