Вернуться назад Распечатать

Anar Əliyev: Aktiv məşğulluq tədbirləri çərçivəsində 500 minə yaxın şəxslə iş aparılır

Həyata keçirilmiş tədbirlər işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin güclənməsinə və aktiv məşğulluq tədbirlərinin genişlənməsinə səbəb olub.

1xeber.media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "İmkanlar və İnam": Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışında deyib.

O bildirib ki, ötən dövr ərzində illik əsasda işlə təmin olunanların sayı 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayı 5,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 4,1 dəfə artıb.

"Sosial tərəfdaşlıq çərçivəsində kvota üzrə işlə təmin olunanların sayı 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanların sayı isə 3,5 dəfə artıb. İl ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən 500 minə yaxın işsiz və ya işaxtaran şəxslə aktiv məşğulluq tədbirləri çərçivəsində iş aparılır", - nazir vurğulayıb.