ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşün əhəmiyyətindən danışıb.
1xeber.media xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, Putinlə ikitərəfli görüş Rusiya, ABŞ və Çin arasında keçiriləcək üçtərəfli sammitin uğurlu olması üçün zəmin yaradıb.
Tramp bu barədə Çin Sədri Si Cinpinlə ikitərəfli danışıqları zamanı bildirib.
ABŞ Prezidenti hesab edir ki, Putinlə əvvəlki təmaslar üç ölkə arasında növbəti müzakirələrin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüşün keçirilməsi beynəlxalq gündəmdə diqqət çəkən məsələlərdən biridir. Görüşdə qlobal təhlükəsizlik, Ukrayna müharibəsi və nüvə silahlarına nəzarət məsələlərinin müzakirəsi gözlənilir.