Вернуться назад Распечатать

Yer kürəsində G1 səviyyəli maqnit qasırğası qeydə alınıb

Noyabrın 19-da Yer kürəsində son iki həftəyə yaxın müddətdə ilk dəfə maqnit qasırğası qeydə alınıb. Geomaqnit aktivliyinin intensivliyi G1 səviyyəsinə çatıb.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mütəxəssisləri məlumat yayıblar.

Alimlərin açıqlamasına görə, zəif intensivlikli G1 sinifli maqnit qasırğası Moskva vaxtı ilə saat 03:00-dan 06:00-dək davam edib. Bu səviyyə maqnit qasırğalarının beşpilləli təsnifatında ən aşağı kateqoriya hesab olunur.

Mütəxəssislər geomaqnit pozuntularının yaranmasını Günəşdə formalaşan kiçik tac dəliyinin təsiri ilə əlaqələndirirlər. Həmin proseslər Yerə yaxın kosmik fəzada plazmanın temperaturunun mülayim şəkildə artması ilə müşayiət olunub.

Qeyd edək ki, G1 səviyyəli maqnit qasırğaları zəif geomaqnit hadisələri hesab olunur. Belə hadisələr zamanı bəzi hallarda peyk sistemlərinin fəaliyyəti və radioəlaqədə kiçik dəyişikliklər müşahidə edilə bilər.