Вернуться назад Распечатать

Prezident İlham Əliyev bu gün Vyetnama səfər edəcək

1xeber.media xəbər verir ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri noyabrın 19–21-ni əhatə edəcək. 

Səfər çərçivəsində dövlət başçılarının ikitərəfli görüşü, müxtəlif sahələr üzrə yeni sənədlərin imzalanması və Birgə Bəyanatın qəbul edilməsi planlaşdırılır.

Qeyd edək ki, 2025-ci ildə iki ölkə arasında strateji tərəfdaşlıq qurulub. İndiyədək Azərbaycanla Vyetnam arasında 30-dan çox sənəd imzalanıb.