Вернуться назад Распечатать

Azərbaycanda təxminən 5 min vyetnamlı təhsil alıb

1xeber.media xəbər verir ki, Prezident İlham Əliyev sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil aldığını bildirib.

Hazırda universitetlər arasında tərəfdaşlıq inkişaf edir, Vyetnam vətəndaşları Azərbaycanın təhsil qrant proqramlarında iştirak imkanına malikdirlər. Dövlət başçısı humanitar əlaqələrin möhkəmlənməsində Heydər Əliyev Fondunun xüsusi rolunu da vurğulayıb.