1xeber.media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Vyetnamın imkanlarını birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə və investisiya üçün əlavə imkanlar yarada biləcəyini bildirib.
Dövlət başçısı Azərbaycanın Cənubi Qafqazda əsas logistika və energetika mərkəzi, Vyetnamın isə Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkə olduğunu vurğulayıb.