1xeber.media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X hesabında İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibənin tam mətnini paylaşıb.
Prezident müsahibədə iki ölkə arasında ticarət dövriyyəsinin 2025-ci ildə 150 milyon dolları ötdüyünü bildirib. O, Azərbaycanın nəqliyyat dəhlizləri vasitəsilə Vyetnamla Avropa arasında yük daşımalarını genişləndirmək imkanından da danışıb.
İlham Əliyev və xanımı Mehriban Əliyevanın Vyetnama rəsmi səfəri noyabrın 19-dan 21-dək davam edir. Səfər Vyetnam Prezidenti To Lam və xanımının dəvəti ilə keçirilir deyə, Hikmət Hacıyev X hesabında yazıb.