ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüşdən əvvəl geyimində diqqətçəkən dəyişiklik edib.
1xeber.media xəbər verir ki, Çinin Şençjen şəhərində APEC sammiti çərçivəsində keçirilən görüşdə Putin və Si Cinpin tünd qırmızı çalarlı klassik qalstuklara üstünlük veriblər. Tramp isə bu dəfə parlaq mavi rəngli qalstuk taxıb.
Məlumata görə, Rusiya lideri tünd bordo rəngli, Çin Sədri isə qırmızıya yaxın tünd bənövşəyi çalarlı qalstuk seçib.
ABŞ Prezidenti isə əvvəlki tədbirlərdə üstünlük verdiyi Respublikaçılar Partiyasının simvolik rəngi olan parlaq qırmızı qalstuk əvəzinə mavi rəngli aksessuar taxıb.
Qeyd edək ki, ABŞ-da qırmızı rəng ənənəvi olaraq Respublikaçılar Partiyası, mavi rəng isə Demokratlar Partiyası ilə əlaqələndirilir. Mavi rəng eyni zamanda ABŞ bayrağının əsas rənglərindən biridir.
Liderlərin geyim seçimləri üçtərəfli görüş zamanı diqqət çəkən detallardan biri olub.