Вернуться назад Распечатать

Si Cinpin nüvə silahlarının tamamilə qadağan edilməsinə və məhv olunmasına çağırıb

Çin Sədri Si Cinpin dünyada nüvə silahlarının tamamilə qadağan edilməli və məhv olunmalı olduğunu bəyan edib.

1xeber.media xəbər verir ki,o, bu barədə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli danışıqlar zamanı danışıb.

Si Cinpin bildirib ki, dövlətlər nüvə münaqişəsinin qarşısını almaq üçün bütün səylərini səfərbər etməlidirlər. Onun sözlərinə görə, nüvə müharibəsində heç bir tərəf qalib gələ bilməz və belə bir qarşıdurmanın nəticələri bütün bəşəriyyət üçün ağır olacaq.

“Nüvə silahı bəşəriyyətin başı üzərində asılmış Damokl qılıncıdır. Nüvə silahlarından azad dünya qurmaq üçün onlar tamamilə qadağan edilməli və məhv olunmalıdır”, – deyə Çin lideri vurğulayıb.

Qeyd edək ki, nüvə silahlarının yayılmasının qarşısının alınması və beynəlxalq təhlükəsizliyin təmin edilməsi Putin, Tramp və Si Cinpin arasında keçirilən üçtərəfli görüşün əsas müzakirə mövzularından biri olub.