Əvvəllər Elm və Təhsil Nazirliyi ilə paralel fəaliyyət göstərən DİM-ə rəhbərlik edən Abbaszadə indi nazirliyin tabeliyindəki BDU-nun rektoru kimi çalışacaq.
1xeber.media xəbər verir ki, o, əvvəlki vəzifəsindən fərqli olaraq, indi Emin Əmrullayevin rəhbərliyi altında fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, DİM-ə rəhbərlik etdiyi dövrdə Məleykə Abbaszadənin Emin Əmrullayevlə münasibətləri heç də rəvan olmayıb.
Tərəflər arasında təhsil sisteminin idarə olunması, səlahiyyət bölgüsü və müxtəlif məsələlərə yanaşma baxımından fikir ayrılıqları yaşanıb. Yeni təyinat isə vəziyyəti dəyişir. Əvvəllər müstəqil qurum statusunda fəaliyyət göstərən DİM-ə rəhbərlik edən Abbaszadə indi Elm və Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisəsinin rəhbəri olacaq.
Bu isə onun əvvəlki idarəçilik mövqeyi ilə müqayisədə fərqli institusional münasibətlər şəraitində işləməsi deməkdir. Elə bu səbəbdən də əleykə Abbaszadənin bu dəyişiklikdən razı qalmadığı iddia olunur.