Bu gün Azərbaycan 1-ci liqasında 8-ci tura start veriləcək.
1xeber.media xəbər verir ki, ilk oyun günündə 3 görüş keçiriləcək.
Günün ən maraqla gözlənilən qarşılaşması Xankəndidə olacaq. “Xankəndi” klubu doğma şəhərindəki ilk oyununda “Karvan-Yevlax”ı qəbul edəcək.
Xankəndi şəhər stadionunda ilk matç saat 16:00-da başlayacaq.
19 noyabr
14:00. MOİK – “Səbail”
Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov.
Binə qəsəbə stadionu.
14:30. “Mingəçevir” – “Baku Sportinq”
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).
16:00. “Xankəndi” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev.
Xankəndi şəhər stadionu.
***
Matç başladı.
***
Birinci hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
“Karvan-Yevlax” 67-ci dəqiqədə İbrahim Əliyevin qolu ilə önə keçdi.
***
“Karvan-Yevlax” ikinci qolu vurdu. 77-ci dəqiqədə Onicon Onyeka fərqləndi.
***
Matç bitdi. “Xankəndi” ilk oyunda uduzdu.