Вернуться назад Распечатать

Lənkəranda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icra vəziyyəti yoxlanılıb

Lənkəranda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülən işlərə yerində baxış keçirilib.

1xeber.media xəbər verir ki,Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev və digər rəsmilər kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə tanış olmaq məqsədilə rayonun iri fermer təsərrüfatlarına cari ildə növbəti dəfə baş çəkiblər.

Keçirilən baxış çərçivəsində rayonun ənənəvi təsərrüfat sahələri olan çəltikçilik, çayçılıq, sitrusçuluq və heyvandarlıq üzrə ixtisaslaşmış müəssisələrin, eləcə də aqrar məhsulların emalı zavodlarının mövcud vəziyyəti ətraflı təhlil edilib. Son illərdə Lənkəranda çay plantasiyalarının və sitrus bağlarının sahəsi əhəmiyyətli dərəcədə genişləndirilib, yerli istehsal olan çəltik növlərinin məhsuldarlığının artırılması üçün mütərəqqi suvarma sistemləri tətbiq olunmağa başlayıb.

Bu sahələrin paralel və səmərəli inkişafı rayonda həm yeni iş yerlərinin açılmasına, həm də Lənkəranın aqrar brendlərinin ölkə hüdudlarından kənarda daha geniş tanıdılmasına təkan verir.

Görüş zamanı rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkar və fermerlərin qarşılaşdıqları qayğılar dinlənilib, qaldırılan məsələlərin operativ şəkildə həlli və fermerlərə lazımi dəstəyin göstərilməsi istiqamətində müvafiq addımların atılacağı diqqətə çatdırılıb.Report.