Вернуться назад Распечатать

Makron Moskvaya mesaj verdi: Avropa Rusiya ilə danışıqlara hazırlaşır

Fransa Prezidenti Emmanuel Makron Avropa ölkələrinin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Rusiya ilə danışıqlara başlamaq niyyətində olduğunu açıqlayıb.

1xeber.media xəbər verir ki,Makron bu barədə Berlində keçirilən “Könüllülər koalisiyası” sammitinin yekunlarına dair mətbuat  konfransında danışıb.

Fransa liderinin sözlərinə görə, koalisiyanın hazırkı əsas prioriteti Ukraynaya dəstəyin davam etdirilməsidir. O vurğulayıb ki, Kiyevin mövqeləri mümkün danışıqlar öncəsi gücləndirilməlidir.

Makronun açıqlaması Avropanın Ukrayna müharibəsinin həlli prosesində diplomatik təşəbbüsü daha fəal şəkildə ələ almaq niyyətində olduğuna dair mühüm mesaj kimi qiymətləndirilir.