Вернуться назад Распечатать

Rusiya Ukraynaya kütləvi zərbə endirdi: Hədəfdə hərbi sənaye müəssisələri və raket anbarları olub

Rusiya Silahlı Qüvvələri noyabrın 20-nə keçən gecə Ukrayna ərazisindəki bir sıra hədəflərə kütləvi zərbə endirib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, əməliyyat zamanı qurudan, dənizdən və havadan buraxılan yüksək dəqiqlikli silahlardan, eləcə də pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.

Rusiya tərəfi zərbələr nəticəsində Ukraynanın hərbi sənaye kompleksi müəssisələrinin, həmçinin uzaq və orta mənzilli qanadlı raketlərin və PUA-ların istehsalı və saxlanılması ilə əlaqəli anbar terminallarının vurulduğunu iddia edib.

Hadisə ilə bağlı Ukrayna tərəfinin açıqlaması təqdim olunan məlumatda yer almayıb.