Вернуться назад Распечатать

Kiyevdə üç körpü zədələndi: Dnepr üzərindən hərəkət çətinləşdi

1xeber.media xəbər verir ki, Kiyev şəhərinin meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtda Dnepr çayı üzərində yerləşən üç körpüyə və kritik infrastruktur obyektinə ziyan dəyib.

Kliçko noyabrın 20-də Telegram kanalında Podolsk-Voskresenski körpü keçidində, Darnitski və Cənub körpülərində zədələnmələrin qeydə alındığını bildirib.

Mer hadisə ilə əlaqədar sakinləri zərurət olmadıqca şəxsi avtomobillərlə şəhərə çıxmamağa çağırıb.

Onun sözlərinə görə, hazırda Kiyevin Dnepr çayının sağ və sol sahilləri arasında avtomobillərin hərəkəti ciddi şəkildə çətinləşib.