1xeber.media xəbər verir ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva ölkədə altıgünlük iş qrafikinin ləğvini və beşgünlük iş həftəsinə keçidi nəzərdə tutan qərarı imzalayıb.
Bu barədə noyabrın 19-da ölkə hökumətinin rəsmi saytında məlumat verilib.
Yeni qaydalara əsasən, işçilər əməkhaqları azaldılmadan həftədə iki ödənişli istirahət günü əldə edəcəklər. Beləliklə, ölkədə “6+1” iş rejimi “5+2” qrafiki ilə əvəz olunacaq.
İslahat iki mərhələdə həyata keçiriləcək. 16 dekabr 2026-cı ildən həftəlik iş saatı 44-dən 42-yə endiriləcək. 2027-ci ilin dekabrından isə bu göstərici 40 saat təşkil edəcək.
Qərar Braziliyada əmək münasibətlərinin və iş qrafikinin yenilənməsini nəzərdə tutur.