Вернуться назад Распечатать

Polşada raket həyəcanı: Ölkənin hava məkanına naməlum obyekt daxil olub

1xeber.media xəbər verir ki, Polşanın şərqində raket təhlükəsi ilə bağlı həyəcan elan edilib. Lüblin şəhərində sirenlər işə salınıb.

“Radio Lublin”in məlumatına görə, raketin Polşa ərazisinə daxil olduğu iddia edilir.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı hava məkanının naməlum uçan obyektlər tərəfindən pozulması ehtimalı ilə bağlı yoxlamalara başlanıldığını açıqlayıb.

Qurumun məlumatına görə, mümkün hava təhlükəsi barədə Hökumətin Təhlükəsizlik Mərkəzinə məlumat verilib. Potensial təhlükəyə qarşı zəruri tədbirlərin görüləcəyi bildirilib.

Qeyd edək ki, sentyabr ayında Polşada F-16 qırıcısının pilotsuz uçuş aparatını vurmağa çalışarkən buraxdığı ABŞ istehsalı raketin yaşayış evinə düşdüyü barədə məlumat yayılmışdı.