Вернуться назад Распечатать

Moskva Kiyevin NATO üzvlüyünə qarşı çıxdı: “Heç bir variantı qəbul etmirik”

1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Ukraynanın NATO-ya üzvlüyünün Moskva üçün qəbuledilməz olduğunu bəyan edib.

Bu barədə onun açıqlamasını “RİA Novosti” yayıb.

Ryabkov bildirib ki, Ukraynanın alyansa hətta “kvaziüzvlük” formatında qəbul edilməsi və bu istiqamətdə alternativ həll yollarının axtarılması da Rusiya üçün qəbuledilməzdir.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşnerin Ukraynanın NATO-ya üzvlüyü müqabilində Donbasın bir hissəsinin Rusiyaya verilməsi ehtimalını müzakirə etdiyi bildirilmişdi.

Moskva isə buna cavab olaraq Ukrayna Konstitusiyasından NATO-ya üzvlük məqsədini əks etdirən müddəanın çıxarılmasını tələb edib.