1xeber.media xəbər verir ki, Rusiya Böyük Britaniya, Almaniya və Fransa nümayəndələrinin Moskvaya mümkün səfəri ilə bağlı hazırlıq işləri aparır.
Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a açıqlamasında bildirib.
Diplomatın sözlərinə görə, hazırda Avropanın “üçlüyü” adlandırılan ölkələrin nümayəndələrinin Moskvaya dəvət edilməsi məsələsi nəzərdən keçirilir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Avropa İttifaqı nümayəndələrini Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqelərini aydınlaşdırmaq üçün Moskvaya dəvət etməyi təklif etdiklərini açıqlamışdı.
Putin bildirib ki, görüşdən sonra Moskva Ukrayna məsələsi üzrə dialoqun hansı formatda davam etdiriləcəyinə qərar verəcək.
Rusiya liderinin sözlərinə görə, ABŞ da Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Avropanın iştirakına nail olmaq üçün Moskvaya israrla müraciət edir.