Вернуться назад Распечатать

Yeni Azərbaycanla yeni zirvələrə

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini bərpa etsə də ölkədə vəziyyət
son dərəcə gərgin idi. Dövlət idarəetməsi tamamilə naşı və səriştəsiz şəxslərin əlinə keçmiş,
nəticədə özbaşınalıq baş alıb gedirdi. Nəinki müstəqilliyin itirilməsi, hətta xalqın, ölkənin
parçalanmaq təhlükəsi qaçılmaz idi. İnsanların bu gündən sabaha ümidləri qalmamışdı. Belə
bir çətin məqamda xalq nicat yolunu həmin vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər
Əliyevə müraciət etməkdə gördü. Xalqın dahi şəxsiyyət Heydər Əliyevin ətrafında birləşməsi
üçün yeni bir siyasi təşkilata ehtiyac vardı. Məhz bu məqsədlə 91 nəfər Azərbaycan ziyalısı
Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ulu Öndər ziyalıların müraciətinə müsbət cavab
verdi və Yeni Azərbaycan Partiyasını yaratmaqla insanlara yaşamaq ümidləri bəxş etdi.
Təbii ki, Yeni Azərbaycan Partiyasının yaradılması heç də asan deyildi, çünki həmin
dövrdə hakimiyyətdə olan şəxslər partiyanın təşkilatlanmasına mane olmaq üçün hər
vasitəyə əl atırdılar. Bütün çətinliklərə baxmayaraq Yeni Azərbaycan Partiyası sürətlə
təşkilatlanır və inkişaf edirdi. Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ideya və amallarını
özündə cəmləşdirən Yeni Azərbaycan Partiyası həqiqətən də xalqın nicat, qurtuluş yolu
oldu. Xalqın yekdil dəstəyi ilə qısa zaman ərzində iqtidar partiyasına çevrilən Yeni
Azərbaycan Partiyası dəfələrlə xalqın etimadını dğruldaraq ümumxalq partiyası statusunu
qazandı.  Ölkəni və xalqı olmazın böhranlardan, məhrumiyyətlərdən xilas edən Yeni
Azərbaycan Partiyasına gənclərin marağı artmağa başladı. Cənab Prezident İlham Əliyevin
partiyanın II Qurultayında Sədrin I müavini vəzifəsinə seçilməsi isə partiyada gəncləşmə
siyasətinin əsası hesab edilir.
Yeni Azərbaycan Partiyası öz Proqramından irəli gələn bütün vəzifələri yerinə
yetirərək dövlət müstəqilliyini möhkəmləndirmiş, demokratik, hüquqi, dünyəvi dövlətin
qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi kimi mühüm işləri layiqincə
həyata keçirmişdir.
Keçirilmiş hər bir qurultay Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə
olaraq qalmışdır. Lakin 2021-ci ilin mart ayının 5-də keçirilən VII Qurultay özünəməxsusluğu
ilə seçilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər yeni yeni reallıqlar yaratdı.
Həmçinin cənab Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi davamlı islahatlar siyasi
sistemdə də özünü təcəssüm etdirməyə başladı. Bütün bu yeniliklərin fonunda Yeni
Azərbayan Partiyasının VII Qurultayının keçirilməsi üçün əsaslı zərurət yaranmışdı.
Partiyanın VII Qurultayında yeni Nizamnamə qəbul olundu, 40 nəfərdən ibarət İdarə Heyəti
formalaşdırıldı və yeni struktur olan Veteranlar Şurası yaradıldı. Həmçinin partiya sədri,
cənab Prezident İlham Əliyev tərəfindən İdarə Heyətinə yeni Proqramın hazırlanması
tapşırğı verildi. Qısa zaman ərzində yeni vəzifələri özündə ehtiva edən yeni proqram qəbul
edildi.
Yeni Azərbaycan Partiyasının məqsəd və məramı müstəqil Azərbaycan  dövlətinin
davamlı inkişafının və xalqın firavan həyat şəraitinin təmin edilməsidir. 32 il xalqın
xidmətində olması və bu müddət ərzində Yeni Azərbaycan Partiyasının keçdiyi yol, gördüyü
işlər belə deməyə əsas verir. Əsas şüarı “Yeni Azərbaycan naminə!” olan Yeni Azərbaycan
Partiyası Ümummilli Liderimiz, partiyamızın banisi, dahi şəxsiyyət Heydər Əliyevin qeyd
etdiyi kimi, dünənin, bu günün, gələcəyin partiyasıdır. Müstəqil Azərbaycanımızın firavan
gələcəyi də məhz Yeni Azərbaycan Partiyasının siyasi dəst-xətti ilə yazılacaqdır.
Cəmil Məmmədov,
Sabirabad rayonu Qasımbəyli bələdiyyəsinin sədri