Вернуться назад Распечатать

Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verdi

 

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 20-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayışa görə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə 1xeber.media-ya Nazirlər Kabinetindən məlumat verilib.

Ə.Əsədov hadisə nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib, Gürcüstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.