Вернуться назад Распечатать

Məleykə Abbaszadə gələn kimi prorektor işdən çıxarıldı

 Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifəsindən azad edilib.

1xeber.media  Ölkə.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmirullayev bununla bağlı müvafiq əmr imzalayıb.

Coğrafiya elmləri doktoru, professor Fərda İmanov BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışırdı. O, 2021-ci ildən bu vəzifəni tuturdu. 

Fərda İmanov müxtəlif illərdə BDU-nun Hidrometeorologiya kafedrasının müdiri və Coğrafiya fakültəsinin dekanı vəzifələrində çalışıb.