Вернуться назад Распечатать

Masallıda əməliyyat - Bir nəfər həbs edildi

Masallıda polis narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.

1xeber.media xəbər verir ki, əməliyyat zamanı saxlanılan M.Zöhrabzadədən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.  Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.