Вернуться назад Распечатать

Regional Su Meliorasiya QSC kanal suyunun Ceyranbatana axıdılması barədə iddianı təkzib edib

1xeber.media xəbər verir ki, televiziya süjetində Samur-Abşeron kanalının məişət tullantıları ilə çirklənmiş suyunun Ceyranbatan su anbarına axıdıldığı iddia olunub.

Regional Su Meliorasiya QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi bildirib ki, kanal suvarma suyunu nəql etmək üçün nəzərdə tutulub. Qurumun açıqlamasına görə, kanalın Ceyranbatan su anbarı və digər içməli su anbarları ilə əlaqəsi yoxdur.