1xeber.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi nahar zamanı çıxış edərək Vyetnama 2020-ci il Vətən müharibəsi dövründə göstərdiyi dəstəyə və ədalətli mövqeyinə görə təşəkkür edib.
Dövlət başçısı Azərbaycanın Vyetnamla BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığını xüsusi qeyd edib. Prezident iki ölkənin mədəni və humanitar əlaqələrinin zəngin tarixə malik olduğunu da vurğulayıb.