1xeber.media xəbər verir ki, Hanoy Ticarət və Turizm Kollecində keçirilən açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Bakı guşəsində Qız qalasının maketi, İçərişəhərin, Şirvanşahlar Sarayının və Bakı buxtasının təsvirləri nümayiş olunur. Yeni kulinariya zonasında isə tələbələr Azərbaycan yeməklərini hazırlamağı öyrənəcəklər.
Açılışda “Arşın mal alan” musiqili komediyasından parçalar Vyetnam dilində səslənib.