Вернуться назад Распечатать

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Aydındır ki, Ermənistan parlamentindəki bu tamaşa heç bir nəticə verməyəcək. Referendum keçirilməyəcək, keçirilsə də, yalnız cəmiyyətdə “revanşist əhval-ruhiyyənin” hökm sürdüyünü nümayiş etdirmək üçün təşkil olunacaq.

1xeber.media xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

“Buna görə də xatırlatmaq lazımdır ki, 1991-ci il tarixli Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 2-ci maddəsində açıq şəkildə qeyd olunur: “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”. Bu isə o deməkdir ki, Zəngəzur və Göyçə gölünün şərq sahili, eləcə də ona bitişik ərazilər Azərbaycanın ərazisidir. Həmin torpaqlar bolşevik Rusiyasının işğalçı hakimiyyət orqanları tərəfindən qondarma Ermənistan SSR-ə qanunsuz olaraq verilmişdir. Ermənistan Almatı bəyannaməsinin prinsiplərini de-fakto tanımadığına görə, bu o deməkdir ki, danışıqların əsasını Azərbaycan Xalq Cümhuriyyəti ilə Ararat Respublikası arasındakı sərhədlər təşkil etməlidir.

Süni intellekt vasitəsilə əldə edilmiş məlumata görə: “1918-ci il mayın 28-də Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra elan edilmiş və 1920-ci ilin sonlarında sovetləşdirilməyədək mövcud olmuşdur. 1918-ci il Batum müqaviləsinə əsasən, respublikanın ərazisi cəmi 11–12 min kvadratkilometr təşkil edirdi və İrəvan, Eçmiədzin, Yeni Bəyazid qəzalarını, eləcə də Aleksandropol qəzasının bir hissəsini əhatə edirdi. İrəvan şəhəri 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən həmin respublikaya paytaxt olaraq güzəşt edilib”, - o bildirib.