Вернуться назад Распечатать

Tramp İlham Əliyevə təşəkkür etdi

 ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinin praktiki icra mərhələsinə başlanılması münasibətilə yayımladığı videomüraciətdə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

1xeber.media  xəbər verir ki, Tramp Azərbaycan və Ermənistan liderlərinə ABŞ-la əməkdaşlığa, həmçinin “Tramp marşrutu” layihəsinin praktiki icra mərhələsinə başlanmasını mümkün etdiklərinə görə təşəkkür edib.

“Bizimlə əməkdaşlıq etdiyinizə, bu günü mümkün etdiyinizə, həmçinin namizədliyimi Nobel Sülh Mükafatına irəli sürdüyünüzə görə təşəkkür edirəm”, – deyə Tramp bildirib.