Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtomobil qəzasında iki nəfər ölüb.
1xeber.media xitab24.az-a istinadən xəbər verir ki, qəzada həlak olanlardan Anar Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.
Alik Kərimov "Metak" şirkətinin rəhbəridir.
Qeyd edək ki, sözügedən qəzada aparıcı Ada Süleymanova da həyatını itirib.