İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
1xeber.media xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bakıda Şəhidlər xiyabanını ziyarət etdim. Azadlıq uğrunda həyatını itirənlərin, nifrət və zülm qurbanlarının hamısının xatirəsini ehtiramla yad edirəm”, – deyə Tayani bildirib.