Вернуться назад Распечатать

Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili noyabrın 24-də Azərbaycana səfər edəcək.

Səfər zamanı nazirin bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, Maka Boçorişvili 2025-ci il yanvarın 16-17-də Gürcüstanın xarici işlər naziri kimi Azərbaycana ilk rəsmi səfərini edib.

Boçorişvili həmçinin Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 10-cu iclasına qatılıb. Görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və yaşıl enerji sahəsində əməkdaşlığın perspektivlərini də nəzərdən keçiriblər.