Вернуться назад Распечатать

Sabah bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qəbələ şəhərinin Pastar küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1xeber.media  xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 24-də 10:00-dan işlər yekunlaşanadək Qəbələ şəhəri, Pastar küçəsinin qaz təchizatında müvəqqəti fasilə olacaq.