İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Sabah"la keçirəcəyi oyun üçün Bakıya gəlib.
Futbolçuları hava limanında çoxlu sayda azarkeş qarşılayıb.
"Barselona"nın əsas komandası ilə yanaşı U-19 komandası da "Sabah"la UEFA Gənclər Liqasında keçirəcəkləri oyun üçün Bakıya gəlib.
Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də, saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Gənclər Liqasının oyunu isə həmin gün saat 15:00-da start götürəcək./Oxu.