"Saxta marşrutlar" heç vaxt "əsl dəhlizləri" əvəz etməyəcək: istər İranın cənubunda olsun, istərsə şimalında; istər Hörmüz boğazından keçən cənub marşrutu olsun, istərsə də TRİPP (Zəngəzur).
1xeber.media xəbər verir ki, bu sözləri İranın ali liderinin müşaviri Məhəmməd Müxbir sosial şəbəkə hesabında TRİPP layihəsinin bu gün praktik mərhələsinin başlanması ilə bağlı yazıb.
“İranın bölgədəki geosiyasi maraqları bizim qırmızı xəttimizdir və biz onun keçilməsinə icazə verməyəcəyik. Hörmüz boğazının nümunəsindən dərs çıxarın”, - o bildirib.
Qeyd edək ki, bu gün Ermənistan və ABŞ TRİPP layihəsinin başlandığını rəsmən elan ediblər./Axar.az