Вернуться назад Распечатать

Pomidor daxili bazarda 2 manata, Rusiyaya isə 1,7 manata satılıb

 Bu ilin sentyabr ayı ərzində Azərbaycandan Rusiyaya ümumi dəyəri 120,7 min dollar olan 119,03 ton pomidor ixrac edilib.
1xeber.media açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Rusiyay ixrac olunan pomidorun 1 kiloqramının orta gömrük dəyəri 1 dollar (1,7 manat) olub.
Məlumat üçün qeyd edək ki, bu ilin sentyabr ayında Azərbaycanın daxili bazarında 1 kiloqram istixana pomidorunun orta pərakəndə satış qiyməti 2 manat olub.