Вернуться назад Распечатать

20 manat kapitalı olan şirkət 80 minlik tenderin qalibi oldu

 Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Naxçıvan Aqrar Xidmətlər Mərkəzi" Publik Hüquqi Şəxsi xidməti nəqliyyat vasitəsinin alınması məqsədilə keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.

1xeber.media-nın verdiyi məlumata görə, qurum avtomobil nəqliyyat vasitələrinin satın alınması üzrə "Naxçıvan Motors" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 0201529821) ilə müqavilə bağlayıb. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 80.300 AZN (80,3 min manat) təşkil edir.

Satınalma sənədlərinə əsasən, müqavilə çərçivəsində quruma 2026-cı il istehsalı olan, 0 km yürüşlü, 2.0-2.5 litr turbo mühərrikli (minimum 210 at gücü), 8 pilləli avtomatik sürətlər qutusuna və tam ötürücü sistemə (4WD/4x4) malik yeni SUV/yolsuzluq avtomobili təhvil veriləcək. Avtomobil dəri salon, oturacaqların isidilməsi, adaptiv kruiz-kontrol, kor zona monitorinqi, diferensial bloklama sistemi, eləcə də əlavə 4 ədəd qış təkəri və texniki filtrlərlə təchiz olunmalıdır.

Dövlət qeydiyyatı göstəricilərinə əsasən, qalib şirkət olan "Naxçıvan Motors" MMC Naxçıvan şəhəri, Şaxtaxtinski küçəsi, dalan (döngə) 3, ev 16 ünvanında hüquqi qeydiyyatdadır. Şirkətin nizamnamə kapitalı cəmi 20 AZN, qanuni təmsilçisi isə Rövşən Hidayət oğlu Mehdiyevdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Cəbrayıl oğlu Quliyevdir.32gun.az