1xeber.media xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ prezidenti Donald Trampa Ukraynadakı müharibəyə son qoymaq çağırışı edib.
Consonun sözlərinə görə, Tramp münaqişənin həllinə nail olmaqla Avropada və bütün dünyada nüfuzunu bərpa edə bilər. O bildirib ki, bu fikri ABŞ prezidentinə çatdırmağa çalışsa da, Tramp onu eşitmir.
Keçmiş baş nazirin fikrincə, Trampın prezidentlik müddətinin başa çatmasına cəmi iki il qalıb və bu müddət ərzində Moskva ilə Kiyev arasındakı münaqişənin həlli mümkündür.
Conson həmçinin Qərbin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində strategiyasını zəif hesab edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl Çinə səfərinin yekunları üzrə keçirdiyi mətbuat konfransında Donald Trampın Ukrayna münaqişəsinin həllində maraqlı olduğuna inandığını bildirmişdi.