Вернуться назад Распечатать

Litva XİN rəhbəri Şəhidlər xiyabanında - Fotolar

Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budrisin başçılıq etdiyi nümayəndə heyəti bu gün Şəhidlər xiyabanını ziyarət edib.

1xeber.media AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.