Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Kəlbəcər” toponiminin mənşəyi
qədim türk dilində “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını
verir. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk
tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.Kəlbəcər ən qədim insan məskənlərindən
biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə
bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara
düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək
alətləri həm də bu yerlərdə yaradılıb. Qədim Daş dövrünə aid yaşayış məskənlərindən biri
olan Zar mağarasıda burada yerləşir.Kəlbəcər nəinki qədim dövrdəki insanların yaşayış yeri
olub,eyni zamanda da orta əsrlərdə də insanların sığınacaq yeri olub.Erkən orta əsrlərdə
Albaniya dövlətinin tərkibində olan bu ərazilər Arşakilər sülaləsi tərəfindən idarə olunurdu.III
Mömin Vaçaqanın dövründə bu ərazilərdə xristian alban məbədləri inşa olunmuşdu.Sonralar
ermənilər bu abidələri qriqorianlaşdırmış,bir çox abidələri isə məhv etmişdilər.
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal
edilib. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 gündan çox gedən gərgin
döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat
üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki
vermiş və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail olmuşdu. Döyüşdə həlak
olmuş qəhrəmanlarımız Kəlbəcər torpağında yatır.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı
Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər
işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur, lakin həmin qətnamədən irəli
gələn hər hansı öhdəlik yerinə yetirilmədi.İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam
qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.
15 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən
15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə
Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb
olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm
göstərilmişdir.Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji
terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də
yandırmışdır.Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli
Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı
Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng
monastır kompleksində olublar.İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər
rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü
tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.Prezident İlham
Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və modul tipli
məktəbin layihəsi ilə tanış olublar.
Ölkə başçısının 2023-cü ildə imzaladığı sərəncama əsasən Kəlbəcərin azad edildiyi
gün – noyabr ayının 25-i Kəlbəcər Şəhər Günü elan edilib, bu il artlq 3-cü dəfə bu gün
təntənəli şəkildə qeyd ediləcəkdir.
Bu gün işğaldan azad edilən digər ərazilərdə olduğu kimi Kəlbəcərdə də bərpa-
quruculuq işləri böyük sürətlə davam edir, ölkənin müxtəlif rayonlarında məskunlaşmış
kəlbəcərlilərin doğma yurdlarına qayıdışına başlanılıb.
Asif Eyyubov,
Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad rayon təhsil sektoru üzrə metodist