Ölkəmizdə səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
1xeber.media AZƏRTAC-a istinadən xəbər verir ki, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə əklil və gül dəstələri qoyulub.




