Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəməsi keçirilib.
1xeber.media unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Eldəniz Qulamovun vəkili müdafiə nitqi ilə çıxış edib. Vəkil deyib ki, müvəkkili dövlət qulluqçusu olub və rəhbərliyin tapşırıqlarını icra edib. O, müvəkkilin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra çıxış edən Rakif Abbasovun vəkili də çıxışı zamanı, müvəkkilin təqsirsiz olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Təqsirləndirilənlərə son söz verilsədə onlar buna hazır olmadıqlarından məhkəmədən vaxt istəyiblər.
Növbəti proses dekabrın 2-nə təyin edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənkərin hər birinin ayrı-ayrılıqda 12 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Naziriyi tanınıb.