Вернуться назад Распечатать

Paşinyan MDB liderlərinin qeyri-rəsmi sammitində iştirakla bağlı qərarını Moskvada verəcək

Ermənistan Baş naziri Nikol Paşinyanın MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” informasiya agentliyinə açıqlamasında bildirib.

Dmitri Peskov qeyd edib ki, Nikol Paşinyan Moskvaya səfəri zamanı sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı qərarını açıqlayacaq:

"Düşünürəm ki, o, Moskvada olarkən qeyri-rəsmi sammitdə iştirak edib-etməyəcəyini məhz orada bildirəcək".