Almaniya kansleri Fridrix Merzin Bundestaqdakı çıxışı zamanı qonaq tribunasında əyləşən məktəblilərin bir qismi yuxuya gedib.
1xeber.media xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Merz ümumi debatlar zamanı çıxış edərkən bəzi şagirdlərin gözləri yumulub, digərləri isə diqqətlərini itirərək bir nöqtəyə baxmağa başlayıblar. Hətta məktəbli qızlardan birinin çıxış zamanı mürgülədiyi də diqqət çəkib.
Hadisəni əks etdirən görüntülərdə yalnız şagirdlərin deyil, yaşlı nəsil nümayəndələrinin də kanslerin çıxışına xüsusi maraq göstərmədiyi görünür.