Вернуться назад Распечатать

İtaliya Ukraynaya 20-yə qədər Eurofighter qırıcısı verə bilər

İtaliya Ukraynaya hərbi yardım çərçivəsində 10-20 ədəd Eurofighter qırıcı təyyarəsi təhvil verə bilər.

1xeber.media xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, İtaliya hökuməti iki ölkə arasında 10-20 ədəd Eurofighter qırıcısının tədarükü ilə bağlı davam edən danışıqları dayandırmağı nəzərdən keçirmir.

Məlumata əsasən, Ukraynanın Rusiya korvetinə Liviyanın ərazi sularında hücum etməsi ilə bağlı xəbərlər İtaliya hakimiyyətində ciddi narahatlıq yaradıb.

Buna baxmayaraq, Roma Kiyevə yaxın zamanda təsdiqlənmiş hərbi yardım paketini geri çəkmək və döyüş təyyarələrinin mümkün tədarükü ilə bağlı danışıqları dayandırmaq niyyətində deyil.