Вернуться назад Распечатать

Mövlam Şıxəliyevin daha bir əmlakı hərraca çıxarıldı: Qiyməti 250 mindir

 Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyevin daha bir əmlakı hərraca çıxarılıb.

1xeber.media xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Novxanı qəsəbəsində yerləşən həmin əmlak Mövlan Şıxəliyevin qızının adınadır.

Əmlakın ilkin qiyməti 257 172 manat, minimum satış qiyməti isə 218 596,20 manat müəyyən edilib.

Bundan əvvəl də keçmiş idarə rəisinin bir neçə əmlakı hərraca çıxarılıb.

Mövlam Şıxəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə mühakimə olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə Mövlam Şıxəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib.