1xeber.media xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu NATO-nun baş katibi Mark Rüttenin Rusiya ordusunun itkiləri ilə bağlı açıqlamasını manipulyasiya adlandırıb.
Şoyqu Rüttenin Rusiyanın xüsusi hərbi əməliyyat dövründəki itkilərini ABŞ-ın 14 il davam edən Vyetnam müharibəsindəki itkiləri ilə müqayisə etməsinə münasibət bildirib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Qərb nümayəndələrinin rəqəmlərlə manipulyasiyanı çoxdan sevimli vasitəyə çevirdiklərini iddia edib.
“Şimali Atlantika Alyansının rəhbəri nədənsə ABŞ-ın təhrik etdiyi münaqişə nəticəsində təxminən 3,4 milyon vyetnamlının, o cümlədən 2 milyondan çox mülki şəxsin həlak olduğunu qeyd etməyi unudub”, – deyə Şoyqu vurğulayıb.
Xatırladaq ki, Şoyqu daha əvvəl xüsusi hərbi əməliyyatın qarşıya qoyulan məqsədlərinə nail olunacağını bəyan etmişdi.