Вернуться назад Распечатать

Ukrayna Silahlı Qüvvələrinə məxsus An-26 təyyarəsi Lvovdan Polşaya uçub

Ukrayna Silahlı Qüvvələrinə məxsus An-26 hərbi-nəqliyyat təyyarəsi Polşaya uçub. Təyyarə Lvov şəhərindəki fəaliyyəti dayandırılmış aerodromdan havaya qalxaraq Varşava hava limanına eniş edib.

1xeber.media xəbər verir ki, bu barədə TASS agentliyi aviadispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarənin nə daşıdığı və uçuşun hansı məqsədlə həyata keçirildiyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, noyabrın 19-da Ukrayna Silahlı Qüvvələrinə məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsi də Lvovdan Yaxın Şərq istiqamətində uçuş həyata keçirib.

Həmin təyyarənin daha əvvəl Polşanın Demblin şəhərində və Brüsseldə bir neçə dəfə qeydə alındığı bildirilir. Sonuncu uçuşu noyabrın 9-da müşahidə edilib.